Bayram günlərində 32 avtoqəza olub, doqquz nəfər ölüb

Ramazan bayramı ilə əlaqədar qeyri-iş günlərində respublika yollarında ötən illərlə müqayisədə ölüm və xəsarətlə nəticələnən qəzaların sayında kəskin azalma müşahidə edilib.
Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) Avtosfer.az-a verilən məlumata görə, Ramazan bayramı ilə əlaqədar aprel ayının 10-dan 15-dək müəyyən edilmiş istirahət günlərində respublika ərazisində ölüm və xəsarətlə nəticələnən 32 yol-nəqliyyat hadisəsi qeydə alınıb, nəticədə doqquz nəfər həyatını itirib, 39 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.
Qeyd olunub ki, builki bayram günlərində ötən ilin müvafiq dövrü ilə müqayisədə qəzaların sayı 22 faiz, ölüm faktı 35 faiz, xəsarətlərin sayı isə 40 faiz azalıb:
“Qeyri-iş günlərində BDYPİ-nin bütün şəxsi heyəti gücləndirilmiş iş rejimində fəaliyyət göstərib və yollarda gündəlik nəzarət tədbirləri həyata keçirib.
Respublika yollarında baş verə biləcək ağır nəticəli qəzaların qarşısının alınmasına yönəlmiş profilaktik tədbirlər bundan sonra da fasiləsiz olaraq davam etdiriləcək”.
Binəqədidə AĞIR QƏZA: İki avtomobil toqquşdu - VİDEO
Hövsanda daha bir qəza: İki avtomobil toqquşdu - VİDEO
Milli Qəhrəmanın oğlu qəzaya düşdü - TƏBİB-dən AÇIQLAMA
Saray körpüsündə 3 maşın bir-birinə çırpıldı – Xəsarət alan var - VİDEO
Bakıda “Tesla” işıq dirəyinə çırpılıb əks yola çıxdı - VİDEO
Qaxda ağır qəza: Dörd yeniyetmə xəsarət aldı - YENİLƏNİB
Hövsanda qəza: Maşının buferi qopub mağazanın şüşəsini sındırdı - VİDEO
Yük maşını 12 yaşlı velosipedçini vurub ÖLDÜRDÜ
Azərbaycanda yol qəzalarının sayı azalıb: Bəs ölüm halları niyə yüksəkdir? - RƏY
Xırdalan dairəsində qəza: Moped “Chevrolet”lə toqquşub aşdı - VİDEO
Bərdədə tanınmış həkimin avtomobillə vurub öldürdüyü Fəridin FOTOsu












