Betonqarışdırıcı avtomobil qaz kəmərini zədələyib

Bu gün səhər saatlarında Betonqarışdırıcı avtomobil magistral qaz kəmərini zədələyib.
Avtosfer.az xəbər verir ki, avtomobilin qaz xətti üzərindən kənarlaşdırılmasından və işin gedişindən asılı olaraq 12.04.2022-ci il tarixində saat 13:00-dan etibarən “Keşlə” QPS-dən qaz təchizatı dayandırılıb. Təmir müddətində Xətai rayonu üzrə (Y. Səfərov, Babək prospekti, Xocalı prospekti, Nobel, F.Bayramov, S.Vəzirov, M.Mehdizadə, İ.Orucov, NZS qəsəbəsi, UPD yaşayış sahəsi, Aşıq Qurban, Mingəçevir və Süleyman Əhmədov küçələri) 35000 abonentin qaz təchizatı məhdudlaşdırılıb, Nəsimi rayonu üzrə isə (Azadlıq prospekti, 28 May, Dilarə Əliyeva, Nizami, Xəqani) 20000 abonetin qaz təchizatının alternativ mənbələrdən təmin olunması imkanlarının mövcudluğuna baxmayaraq, qaz təchizatında müəyyən zəiflik ola bilər. Təmir işləri aparılır, yaxın saatlarda qaz təchizatındakı fasilənin aradan qaldırılması planlaşdırılır.
İsmayıllıda ağır qəzada 4 nəfər yaralandı: Traktor ikiyə bölündü - VİDEO
Bakıda ağır qəza baş verdi
Topun ardınca qaçan 10 yaşlı qız avtomobilin altında qalaraq ÖLDÜ - TƏFƏRRÜAT - VİDEO
Zabratda “Chevrolet” yandı, alov yanındakı maşına da keçdi - VİDEO
Gəncədə “VAZ” geriyə dönən “BMW”yə çırpıldı - ANBAAN VİDEO
Vəsiqəsiz sürücü qəza törətdi; özü öldü, ailənin 5 üzvü xəstəxanalıq oldu - VİDEO
Sabunçuda AĞIR QƏZA: Ölən var
Şəhidimizin həyat yoldaşını maşın vurub ÖLDÜRDÜ
Aparıcının öldüyü qəzanın səbəbləri araşdırılır
Sumqayıtda AĞIR QƏZA: ÖLƏN VAR
Hava limanı yolunda 6 maşın bir-birinə çırpıldı - VİDEO











