Beyləqanda 3 nəfərin həyatını itirdiyi qəza yerindən VİDEOGÖRÜNTÜ

Beyləqanda baş verən ağır yol qəzasında ölənlərin kimliyi bəlli olub.
Avtosfer.az xəbər verir ki, bunlar “VAZ” markalı minik avtomobilin sürücüsü, 1992-ci il təvəllüdlü İlqar Məmmədov, “KamAZ” markalı yük maşının sürücüsü, 1973-cü il təvəllüdlü Barat İsmayılovdur.
Qəzada ağır yaralanan daha bir nəfər - 1985-ci il təvəllüdlü Şükürzadə Şəmşir Abış oğlu İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb. Hazırda faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, hadisə Beyləqan rayonunun İmamverdili kəndi ərazisində, İmişli-Beyləqan avtomobil magistralının üzərində yerləşən körpüdə baş verib. “KamAZ” markalı avtomobil idarəetməni itirərək qarşı yola çıxıb və “VAZ 2105” markalı minik avtomobili ilə toqquşub. Daha sonra yük avtomobili körpüdən aşaraq Bakı-Horadiz dəmir yolu xəttinin üzərinə düşüb. Nəticədə hər iki sürücü və “VAZ 2105” markalı avtomobildə olan sərnişin hadisə yerində ölüblər.
Bizim.Media
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO












