Beyləqanda yük maşını minik avtomobili ilə toqquşub, ölən var - YENİLƏNİB

Beyləqanın İmamverdilər kəndi ərazisində “KamAZ” markalı yük avtomobil ilə “VAZ 2105” markalı minik avtomobili toqquşub.
Avtosfer.az-ın məlumatına görə, hadisə nəticəsində yük avtomobilinin sürücüsü ilə minik avtomobilinin sürücü və sərnişini ölüb.
apa
***
09:20
İmişlidə yük avtomobili ilə “VAZ 2107” markalı avtomobil toqquşub.
Avtosfer.az-ın məlumatına görə, hadisə Bəhrəmtəpə qəsəbəsi ərazisində İmamverdilər körpüsü adlanan yerdə baş verib.
Nəticədə 3 nəfər ölüb.
***
Beyləqanda ağır yol qəzası olub.
Avtosfer.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, nazirliyin "112" qaynar telefon xəttinə Beyləqan rayonunun İmamverdilər kəndində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.
Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “VAZ” markalı minik avtomobili və “KamAZ” markalı yük avtomobili toqquşub, 1 nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb.
Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti “KamAZ” markalı yük avtomobilindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO












