Biləsuvarda “Kamaz”la “Mercedes” toqquşub, xəsarət alanlar var - FOTO

Biləsuvar-Bəhrəmtəpə magistralında yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az APA-ya istinadən xəbər verir ki, qəza Biləsuvar–Bəhrəmtəpə magistralında, Biləsuvar rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Qoşqulu olan “KamAZ” markalı yük maşını əks istiqamətdə hərəkətdə olan “Mercedes” markalı minik avtomobili ilə toqquşub. Zərbə nəticəsində minik avtomobilində olan şəxslər müxtəlif dərəcəli xəsarətlər alıblar. Hadisə şahidlərinin sözlərinə görə, qəzaya səbəb, minik avtomobilinin qarşıdan gələn “KamAZ”ın hərəkət zolağına çıxması olub. Faktla bağlı araşdırma aparılır.
***
Biləsuvarda 11:10 radələrində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 5 nəfər (3-ü qadın, 2-si kişi) Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Bu barədə Biləsuvar Rayon Mərkəzi Xəstəxanası məlumat yayıb. Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu təyin edilib. Hazırda pasiyentlərin müalicəsi tibb müəssisəsində davam etdirilir. Vəziyyətləri stabil olaraq qiymətləndirilir.
![]()
![]()
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO












