Biləsuvarda “Lexus” kanala aşdı – 5 nəfər öldü - ADLAR - VİDEO

Biləsuvar rayonunda ağır yol qəzası baş verib. Avtosfer.az-ın məlumatına görə, hadisə rayonun Bağbanlar kəndi ərazisində qeydə alınıb. Axşam saatlarında kənd daxili yolda hərəkətdə olan “Lexus” markalı minik avtomobili idarəetməni itirərək yol kənarındakı kanala aşıb. Nəticədə avtomobildə olan 5 nəfər suda boğularaq ölüb. Faktla bağlı araşdırma aparılır.
***
Dekabrın 7-də saat 2 radələrində Biləsuvar rayonunun Zəhmətabad kəndi ərazisində ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Bu barədə DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Avtosfer.az-ın sorğusuna cavab olaraq bildirilib. Qeyd edilib ki, V. Həsənlinin idarə etdiyi "Lexus" markalı minik avtomobili idarəetmənin itirilməsi nəticəsində yolun kənarından keçən su kanalına aşıb. Nəticədə sürücü və avtomobildə olan 4 nəfər sərnişin ölüb. Araşdırma aparılır.
***
Biləsuvar rayonunun Zəhmətabad kəndi ərazisində baş verən ağır yol-nəqliyyat hadisəsində ölənlərin adları məlum olub. Avtosfer.az xəbər verir ki, hadisə nəticəsində sürücü, 2003-cü il təvəllüdlü Vasif Həsənli və onun sərnişinləri - 2001-ci il təvəllüdlü Rusif Həsənli, 1990-cı il təvəllüdlü İldırım Həsənli, 2000-ci il təvəllüdlü Məhəmməd Məmmədli və 2007-ci il təvəllüdlü Əliqardaş Rəsulzadə həyatlarını itiriblər. Faktla bağlı araşdırmalar davam etdirilir.
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ












