Binədə iki avtomobil TOQQUŞDU: Xəsarət alan var - FOTO - VİDEO

Bakının Xəzər rayonunun Binə qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı videogörüntü yayımlanıb.
Qeyd olunub ki, hadisə "Fiat" və VAZ markalı avtomobillərin toqquşması nəticəsində qeydə alınıb.
Məsələ ilə bağlı açıqlama verən Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) bölmə rəisi, polis mayoru Toğrul Nəsirli bildirib ki, sözügedən yol-nəqliyyat hadisəsi zamanı bir nəfər xəsarət alıb.
"Hadisə ötən gün saat 21:00-da Xəzər rayonunun Binə qəsəbəsində "Sovxoz" deyilən ərazidə qeydə alınıb. Tural Faiq oğlu Rəfiyevin idarə etdiyi VAZ-2115 markalı, 99-KJ-915 dövlət nömrə nişanlı avtomobil Cavid Ələsgər oğlu Əmirovun idarə etdiyi "Fiat Doblo" markalı, 54-BK-150 dövlət nömrə nişanlı maşınla toqquşub. Nəticədə T.Rəfiyev xəsarət alıb, nəqliyyat vasitələrinə maddi ziyan dəyib.
Faktla bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır", - deyə T.Nəsirli vurğulayıb.
Füzulidə iki maşın toqquşdu - 3 ölü - FOTO - YENİLƏNİB
Ordubaddakı qəzada həlak olan qazinin FOTOsu
Dəhşətli qəzada həlak olanların kimliyi bilindi: ADLAR
Azərbaycanda deputat qəzaya düşdü: Ölən var
“Range Rover” və “Volkswagen Passat” toqquşdu - VİDEO
Rusiyada ağır qəza: Azərbaycan vətəndaşı həlak oldu - VİDEO
Bakıda piyada özünü maşına ÇIRPDI - VİDEO
Biləsuvarda ağır qəza: Motosikletçi ÖLDÜ
Masallıda “BMW” və “Niva” toqquşdu - Xəsarət alan var - VİDEO
Ermənistanda avtobus sürücüsünün ölümü qəzaya səbəb oldu
Bakıda dəhşətli QƏZA: Avtomobil 18 yaşlı qızın üzərindən keçdi












