Sağa-sola gedən sürücü 7 maşını qəzaya saldı - VİDEO

Dirəyə dəyməmək üçün manevr etdi, idarəetməni buraxaraq zəncirvari qəzaya səbəb oldu.
Avtosfer.az xəbər ki, sosial şəbəkələrdə maraqla qarşılanan hadisə Sankt-Peterburq əyalətinin mərkəzi küçələrindən birində baş verib. Yolun müşahidə kamerasına düşən görüntülərdən bəlli olduğu kimi uzaqdan normal şəkildə irəliləyən avtomobilin sürücüsü sağa dönərkən dirəyə dəyəcəyini görüb və anidən maşınını sola çevirmək istəyib. Bu zaman sükanın idarəsini kontrol edə bilməyərək digər avtomobillərin zolağına keçib. Nəticədə dayanan maşınlara bir-bir xəsarət yetirən sürücü eyni anda özü daxil 7 avtomobili yararsız hala salıb. Öz avtomobilini də sıradan çıxaran sürücünün soyuqqanlı şəkildə maşınını tərk etməsi də gözdən yayınmayıb. Xoşbəxtlikdən qəza zamanı ölən olmasa da sürücülərdən ikisi xəsarət alıb.
Qeyd edək ki, qəza səbəbkarı ifadəsində manevr etmək istədiyini və bir anda avtomobilin sükanını idarə edə bilmədiyini vurğulayıb.
Nərmin Əkbər
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO












