Biznes təyyarə qəzaya uğradı, 10 nəfər öldü

Meksikanın Toluka şəhərinin beynəlxalq hava limanı yaxınlığında biznes təyyarəsinin qəzaya uğraması nəticəsində on nəfər ölüb. Avtosfer.az Oxu.az-a istinadən xəbər verir ki, təyyarə yerə çırpıldıqdan sonra yanğın baş verib və hadisə yerinin üzərində xeyli məsafədən görünən qalın qara tüstü sütunu qalxıb. Təyyarə Akapulkodan havaya qalxaraq Tolukaya gedirmiş. Hava gəmisinin göyərtəsində səkkiz sərnişin və iki heyət üzvünün olduğu barədə məlumatlar yayılıb. Qeyd olunur ki, "Cessna Citation III" markalı layner anqarlara çırpılıb. Yanğınsöndürənlər, təcili yardım maşınları və Meksika Mülki Müdafiə və Təhlükəsizlik Qüvvələrinin üzvləri qəza yerinə gəliblər. Ərazi mühasirəyə alınıb və ətraf ərazidə nəqliyyatın hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılıb. Qəzanın səbəbi araşdırılır.
Qəbir ziyarətinə gedənlər qəzaya düşdülər - VİDEO - YENİLƏNİB
Şamaxıda yük maşını aşdı: 9 ton meyvə ətrafa dağıldı - VİDEO
Füzulidə baş verən qəzada ölən məktəblilər dəfn edildi - FOTO
Biləcəri yolunda qəza: Avtomobillərdən biri ağaclara çırpılıb - VİDEO
Füzulidə iki maşın toqquşdu - 3 ölü - FOTO - YENİLƏNİB
Ordubaddakı qəzada həlak olan qazinin FOTOsu
Dəhşətli qəzada həlak olanların kimliyi bilindi: ADLAR
Azərbaycanda deputat qəzaya düşdü: Ölən var
“Range Rover” və “Volkswagen Passat” toqquşdu - VİDEO
Rusiyada ağır qəza: Azərbaycan vətəndaşı həlak oldu - VİDEO
Bakıda piyada özünü maşına ÇIRPDI - VİDEO












