Bu ilin 3 ayında 267 yol qəzası olub, 149 nəfər ölüb

2025-ci ilin yanvar-mart aylarında 267 yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Bildirilib ki, bu, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 17,8 faiz az yol-nəqliyyat hadisəsi baş verib, bu hadisələr nəticəsində zərər çəkən şəxslərin sayı 16,6 faiz azalaraq 372 nəfər olub. Onlardan 149-u həlak olub, 223-ü isə yaralanıb.
Hadisələrin 45,3 faizi gündüz, 36,3 faizi gecə, 18,4 faizi isə toran vaxtı baş verib, 29,2 faizi həftənin şənbə və bazar günlərinə təsadüf edib.
Yol-nəqliyyat hadisələrinin 88,0 faizi yaşayış məntəqələrində baş verib, bu hadisələr nəticəsində həlak olanların sayı ötən ilin müvafiq dövrünə nisbətən 12,8 faiz azalaraq 102 nəfər, yaralananların sayı isə 19,8 faiz azalaraq 215 nəfər olub.
"Bütün yol-nəqliyyat hadisələrinin 46,8 faizi nəqliyyat vasitələrinin və piyadaların, 33,7 faizi bir neçə nəqliyyat vasitəsinin, 19,5 faizi isə bir nəqliyyat vasitəsinin iştirakı ilə baş verib. Yol-nəqliyyat hadisələri nəticəsində həlak olanların 76,5 faizini, yaralananların isə 69,5 faizini kişilər təşkil edib",- məlumatda qeyd olunub.
Ağır yol qəzası; həyatını itirənlər var - VİDEO
Bakıda gecə saatlarında zəncirvari qəza - Üç maşın toqquşdu - VİDEO
Bakı-Şamaxı yolunda yük maşını aşdı - VİDEO - YENİLƏNİB
Xəzərdə ağır qəza: Avtobus dayanmış yük maşınına çırpıldı - VİDEO - YENİLƏNİB
Oğuzda ağır qəza: ÖLƏN VAR - FOTO - YENİLƏNİB
Hövsanda ağır QƏZA: Ölən var - VİDEO
Pambıq tarlasına gedirdi, sükan arxasında öldü - FOTO
Şəmsi Səmədzadə ağır qəza keçirdi: Eksklüziv FOTOLAR
“Həmin vaxt maşını 220 ilə sürürdü” - 21 yaşlı qız həbs edildi - FOTO
Hansı halda hadisə yerini tərk etmək olar? - DİN-dən İZAH - VİDEO
Ağır qəza BAŞ VERDİ: ÖLƏN VAR










