Cəlilabadda iki avtomobil toqquşdu, xəsarət alan var

Qəzalar 2 Noyabr 2023 19:42
Cəlilabadda iki avtomobil toqquşdu, xəsarət alan var
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Cəlilabadda yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Cəlilabad-Yardımlı yolunda, Sərhədabad kəndi yaxınlığında qeydə alınıb.

Hərəkətdə olan “Lada Priora” markalı minik avtomobili qarşıda gedən VAZ-2107 markalı maşına çırpılıb.

Qəza nəticəsində “Priora” idarəetməni itirib və yol kənarına çıxıb. Sürücünün xəsarət aldığı bildirilir.

Faktla bağlı araşdırma aparılır. (apa)

Oxunub : 636
ŞƏRH YAZ
Ad

E-mail

Şərh