Cənubi Koreyada helikopter qəzaya uğrayıb, ölən və itkin düşən var

Koreya Respublikasının cənubunda yerləşən Mara adası yaxınlığında sahil mühafizəsi helikopterinin qəzaya uğraması nəticəsində iki ekipaj üzvü həlak olub, bir nəfər itkin düşüb.
Avtosfer.az xəbər verir ki, bu barədə məlumatı yerli polis orqanları yayıb.
Bildirilir ki, göyərtəsində dörd nəfərin olduğu Sikorsky S-92 helikopteri yerli vaxtla 1:32-də Mara adasının 370 kilometr cənub-qərbində radarlardan itib.
Heyət üzvlərindən yalnız biri yaxınlıqda olan sahil mühafizəsi xidmətinin qayıqları vaxitəsi ilə xilas edilib.
Helikopter Tayvan sahillərində yedəkçi-gəmidə itkin düşmüş heyəti xilas etmək üçün axtarış-xilasetmə əməliyyatlarına cəlb olunubmuş.
Hazırda yeddi Sahil Mühafizəsinin patrul kateri, Hərbi Dəniz Qüvvələrinə məxsus döyüş gəmisi və şəxsi balıqçı qayıqları da daxil olmaqla 17 gəmi itkin düşmüş ekipaj üzlərini xilas etmək üçün ərazidə axtarış aparır.
APA
Türkiyədə dəhşətli qəza: Azərbaycanlı gənc qız dəhşətli şəkildə can verdi - FOTO
Müşfiqabadda qəza: İki maşın toqquşdu, gənc sürücü yaralandı - VİDEO
Beyləqanda ağır qəza - ÖLƏN VAR
Zığ yolunun bağlanmasına səbəb olan dəhşətli qəzanın anbaan VİDEOsu
Bakı-Quba yolunda qəza: Ölən var
Binədə qəza: “Chevrolet” sərnişin avtobusuna çırpıldı - VİDEO
Şamaxıda ağır QƏZA - VİDEO
Döngədə idarəetmədən çıxan “KIA” işıq dirəyini və dəmir maneələri dağıtdı; sürücü yaralandı - VİDEO
Bakıda qəza nəticəsində bağlanan yol açıldı - YENİLƏNİB
Naxçıvanda avtomobil AŞDI: Beş nəfər xəsarət aldı - FOTO
Hövsanda motosiklet “Mercedes”ə çırpıldı, sürücü bir neçə metr kənara düşdü - REAL VİDEO











