Çexiyada ağır qəza: 10 nəfər...

Çexiyanın paytaxtı Praqadan 35 km cənub-şərqdə yerləşən Bıstrjiçe şəhəri yaxınlığında 4 avtomobilin toqquşması nəticəsində 3-ü uşaq olmaqla, 10 nəfər xəsarət alıb.
"Report"un məlumatına görə, bu barədə Çexiyanın Təcili Tibbi Yardım Xidmətinin mətbuat katibi Mark QıIebrant jurnalistlərə bildirib.
“Qəza nəticəsində 10 nəfər xəsarət alıb, onlardan 7-sinin xəsarəti ağırdır. Yaralılardan 3 uşaqdır, onlar ağır yaralanıb”, - o deyib.
Zərərçəkənlər helikopterlə xəstəxanalara çatdırılıb.
Çexiya polisinin sözçüsü Pavel Truksa qəzanın necə baş verdiyi barədə danışıb. "Görünür, eyni zolaqda olan iki avtomobil toqquşub. Arxa avtomobilin sürücüsü əyləci basmağa vaxt tapmayıb. Onların ardınca gələn digər avtomobil isə qəza törətməmək üçün qarşı zolağa çıxıb və qarşıdan gələn avtomobillə toqquşub", - Truksa deyib.
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO












