Banner

Culfada mikroavtobus aşıb, ölən və yaralananlar var

Qəzalar 8 Aprel 2022 11:49 Oxunub 944
Culfada mikroavtobus aşıb, ölən və yaralananlar var
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Culfa rayonunda mikroavtobus aşıb, ölən və yaralananlar var.

Bu barədə Avtosfer.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, aprelin 7-də saat 8 radələrində Culfa rayonunun Ərəzin kəndi ərazisində rayon sakini R.Abdullayev idarə etdiyi “Hyundai” markalı mikroavtobusu aşırıb. Nəticədə sərnişini Nərgiz Qədimbəyli hadisə yerində ölüb, digər 6 sərnişini isə xəstəxanaya yerləşdirilib.

Culfa Rayon Polis Şöbəsində araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh