Daha bir ağır qəza, «06», «07» və «Priora» toqquşdu; 1 ölü, 3 yaralı - FOTO+VİDEO

Zaqatala rayonunda zəncirvari yol qəzası baş verib. Hadisə nəticəsində 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb. Hadisə axşam saat 20:00 radələrində Yevlax-Zaqatala-Gürcüstan sərhədi magistral yolunda, Zaqatala şəhərinin girəcəyindəki Tala çayı üzərindəki körpüdə baş verib. Bir neçə avtomobilin toqquşması nəticəsində, şəxsiyyətləri hələlik məlum olmayan, biri ağır olmaqla 4 nəfər xəsarət alıb. Yaralılar Zaqatala rayon mərkəzi xəstəxanasına aparılıblar. Xəstəxanaya aparılarkən yaralılardan biri yolda keçinib.
Artıq yol qəzasında ölən və yaralananların adları məlum olub. Avtosfer.az "report"a istinadən xəbər verir ki, hadisə Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun, Zaqatala şəhəri ərazisindən keçən hissəsində baş verib. Şəhərin Tala çayı üzərindəki körpüdə Zaqatala rayonu Aşağı Tala kənd sakini Elvin Həsənzadənin idarə etdiyi "Lada-Piriora", Zaqatala şəhər sakini 27 yaşlı Hüseyn Bayramovun idarə etdiyi "VAZ-2106" markalı avtomobil və hələ ki, şəxsiyyəti məlum olmayan sürücünün idarə etdiyi "VAZ-2107" markalı avtomobillər toqquşub. «06»nın sürücüsü Hüseyn Kərimov xəstəxanaya aparılarkən yolda ölüb. "Priora"nın sürücüsü Elvin Həsənzadə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. «07»nin sürücüsü və sərnişinləri, şəhər sakini 25 yaşlı Şükür Səmədov və 29 yaşlı Fərid Ramazanov aldıqları bədən xəsarətləri ilə Travmatologiya şöbəsinə yerləşdiriliblər. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və təhqiqat bölməsində araşdırma aparılır.
Fotolar "Report"dan götürülüb.
Zaur Kamal qəzaya DÜŞDÜ; maşın bu HALDADIR - FOTO
Prospektdə zəncirvari qəza: 4 maşın toqquşdu, yaralılar var - VİDEO
Şəhərin mərkəzində “Changan” aşdı, 3 nəfər xəsarət aldı - VİDEO
Masallıda ağır yol qəzası: İki nəfər öldü - FOTO
Ödənişli yolda ağır qəza - 33 yaşlı qadın öldü - FOTO
Masallıda ağır qəza - Ölənlər var - FOTO - YENİLƏNİB
Avtomobil məhəccərə çırpıldı - Sürücü öldü
Ramanada sərnişin avtobusları toqquşdu - VİDEO
Yolayrıcına təhlükəli şəkildə daxil olan sürücü qəza törətdi - REAL VİDEO
Maştağada idarəetmədən çıxan “Mercedes” obyekti uçurdu - VİDEO
Pilləkəndən düşən maşını yoldan keçən qadın çiyni ilə çıxardı – BAKIDA – VİDEO



















