Dəhşətli qəza: Gənc sürücü toy günü “VAZ”ı kanala aşıraraq boğulub öldü - YENİLƏNİB - VİDEO

Yevlaxın Salahlı kəndində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az-ın məlumatına görə, qəza fevralın 4-ü saat 20 radələrində qeydə alınıb. Varvara kənd sakini 1995-ci il təvəllüdlü Tunar Habil oğlu Məmmədov idarə etdiyi 90-NO-034 dövlət nömrə nişanlı “VAZ-21014” markalı avtomobil kanala aşıb. Qəzaya səbəb sürücünün döngədə manevr qaydasını pozması olub. Nəticədə maşın idarəetmədən çıxaraq yol kənarındakı kanala düşüb. Hadisə zamanı sürücü boğularaq ölüb. Həmçinin nəqliyyat vasitəsi sıradan çıxıb.
Baş Dövlət Yol Polisi İdarəsinin inspektoru, polis leytenantı Elvin Hacıyev bildirib ki, mərhumun itkin düşməsi barədə fevralın 4-ü Yevlax rayon Polis Şöbəsinə ərizəylə müraciət olunub. Fevralın 5-i saat 13 radələrində avtomobilin kanala aşması müəyyənləşib.
Qeyd edək ki, faktla bağlı araşdırma davam edir.
Nərmin
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO












