Tanınmış milyonçu və ailəsi qəzaya uğrayıb HƏYATINI İTİRDİ - FOTO

“Retention.com” və “RB2B” proqram təminatı şirkətlərinin təsisçisi və baş direktoru, 44 yaşlı iş adamı, milyonçu Adam Robinson ailəsi ilə birlikdə ABŞ-nin Florida ştatında baş verən təyyarə qəzasında həyatını itirib.
Avtosfer.az xəbər verir ki, Texas ştatının Ostin şəhərindən Baham adalarına uçan “Learjet 60” markalı özəl təyyarənin Palm Biç yaxınlığındakı yaşayış məntəqəsinə düşməsi nəticəsində göyərtədə olan 9 nəfərin hamısı həlak olub.
Faciədə iş adamı ilə yanaşı, onun həyat yoldaşı Helen Şarp, iki azyaşlı uşaqları - 4 yaşlı Emma ilə 2 yaşlı Çarli, ailənin dayəsi Anita Maria Apellido Cetina və ailə dostları Reyçel Rid ilə Çarmi Fehr də ölüblər.
Məlumata görə, onlar təyyarə ilə Robinsonun ad gününü qeyd etməyə gedirmişlər.
Təyyarəni idarə edən 55 yaşlı kapitan pilot Ceff Qreqori və 20 yaşlı ikinci pilot Nataliya Qadelha Filqeyras da qəzada həlak olublar. İkinci pilotun 17 yaşından aviasiya təlimlərinə başlaması və böyük aviasiya xəyallarının olması diqqət çəkib.
İlkin məlumatlara görə, uçuş zamanı heyət əlverişsiz hava şəraiti, güclü turbulentlik barədə dispetçer xidmətinə məlumat verib. Pilot hündürlüyü artırmağı xahiş etsə də, az sonra təyyarə sürətlə enməyə başlayıb, təcili həyəcan siqnalı verib və yaşayış massivinə çırpılaraq alovlanıb.
ABŞ Milli Nəqliyyat Təhlükəsizliyi Şurası (NTSB) və Federal Aviasiya Administrasiyası (FAA) hadisə ilə bağlı genişmiqyaslı araşdırmaya başlayıb. Təyyarənin yerə çırpılmadan əvvəl havada parçalanması ehtimalı da araşdırılır.






Güzgüyə baxmadan manevr edən sürücü qəzaya səbəb oldu - VİDEO
Bakıda sürücü piyadanı vurmaqdan son anda YAYINDI - VİDEO
Astarada toqquşan maşınlar arxa düşdü, qadın sərnişin yaralandı - VİDEO
Salyanda AĞIR QƏZA: İki nəfər öldü - FOTO - VİDEO
Goranboyda avtomobil piyadanı vuraraq ÖLDÜRÜB
Ağstafada iki məktəbli qızı avtomobil vurdu
Yük maşını divara çırpıldı - Sürücü öldü - FOTO
Sükan arxasında yuxulayan sürücü qəza törətdi - VİDEO
Kürdəmirdə xurma ilə dolu yük maşını aşdı - VİDEO
Şəkidə avtomobil dərəyə aşdı, ölən var
Gəncədə ağır qəza: Beş nəfər xəsarət alıb












