Banner

Toledodakı dəhşətli qatar qəzasında əcnəbilər də ölüblər

Xəbərlər 2 Noyabr 2026 21:29
Toledodakı dəhşətli qatar qəzasında əcnəbilər də ölüblər
WhatsApp kanalımıza abunə olun

İspaniyanın Toledo əyalətində baş vermiş qatar qəzası təkcə yerli sakinlərin həyatına son qoymayıb: 69 qurban arasında bir neçə xarici dövlətin vətəndaşları da var.

Avtosfer.az xəbər verir ki, bu barədə Kastiliya - La-Mança muxtar icmasının Ali Məhkəməsi məlumat yayıb.

Məhkəmə orqanlarının ilkin məlumatlarına əsasən, 12 xarici ölkə vətəndaşının şəxsiyyəti müəyyənləşdirilib, lakin ölən əcnəbilərin yekun sayı arta bilər.

Açıqlanan rəqəmlərə görə, həyatını itirən xaricilər arasında ABŞ-nin dörd, Argentina, Kanada, Meksika, Portuqaliya, Tunis, Fransa, Çexiya və Yaponiyanın hərəsindən bir vətəndaşı yer alır.

Bununla yanaşı, qurbanların tanınması prosesi davam edir. İtkin düşənlərin siyahısında Avstraliya və Yaponiya vətəndaşları da var və onların hələlik şəxsiyyəti məlum olmayan üç nəfərin arasında olduğu ehtimal edilir.

Xatırladaq ki, faciəvi hadisə oktyabrın 28-i səhər saatlarında Toledo əyalətinin Urda yaşayış məntəqəsi yaxınlığında qeydə alınıb. Orada Madrid - Sevilya xətti ilə hərəkət edən iki sərnişin qatarı toqquşub. Qatarlarda ümumilikdə 540-dan çox sərnişin olub.

Oxunub : 94
ŞƏRH YAZ
Ad

E-mail

Şərh