Banner

Bakıda üç avtobus marşrutunun hərəkət sxemi dəyişdirilir

Xəbərlər 2 Noyabr 2026 22:37
Bakıda üç avtobus marşrutunun hərəkət sxemi dəyişdirilir
WhatsApp kanalımıza abunə olun

Noyabrın 3-də Hövsan-Türkan avtomobil yolunda, kanalın yaxınlığında aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək.

Avtosfer.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Bildirilib ki, məhdudiyyətlə əlaqədar 210, 215 və 218 nömrəli marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdiriləcək.

Dəyişikliyə əsasən:

- 210 nömrəli marşrut Hövsan qəsəbəsi - Hövsan bağları istiqamətində;

- 218 nömrəli marşrut metronun "Əhmədli" stansiyası - Hövsan bağları istiqamətində;

- 215 nömrəli marşrut Türkan qəsəbəsi - Türkan bağları - Hövsan bağları istiqamətində fəaliyyət göstərəcək.

Oxunub : 232
ŞƏRH YAZ
Ad

E-mail

Şərh