Dünənki qəzada yaralanan məktəbli Bakıya gətirildi - VİDEO

Ötən gün Zaqatalada baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 2013-cü il təvəllüdlü azyaşlı İbrahim İbrahimzadə Bakıya gətirilib.
Avtosfer.az-ın məlumatına görə, o bu gün səhər saatlarında paytaxtdakı xəstəxanaların birinə təxliyə olunub.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) oxu.az-ın sorğusuna cavab olaraq bildirilib ki, fevralın 8-də Zaqatalada baş verən-yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 2013-cü il təvəllüdlü azyaşlı (kişi cinsli) bədənin çoxsaylı travması diaqnozu ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb:
“Vəziyyəti ağır olan xəstəyə müvafiq tibbi yardım göstərilib. Fevralın 9-da saat 05:30-da isə təcili tibbi yardım maşını ilə Kliniki Tibbi Mərkəzə təxliyə olunub. Vəziyyəti ağır qiymətləndirilir”.
Qeyd edək ki, ötən gün, saat 13 radələrində Zaqatala şəhər sakini, Emin Oqtay oğlu İbrahimov sürücülük hüququ olmadan, eləcə də etibarnaməsiz idarə etdiyi “Mercedes-Benz” markalı, 39-BB-320 dövlət qeydiyyat nişanlı avtomobillə Zaqatala rayonunun Göyəm kəndi ərazisində hərəkətdə olarkən sərt döngədə idarəetməni itirməsi nəticəsində yolun kənarı ilə gedən 2013-cü il təvəllüdlü üç məktəblini vurub.
Hadisə nəticəsində azyaşlılardan Ramazan İsayev və Kamal Permadov hadisə yerində həyatlarını itiriblər, İbrahim İbrahimzadə isə xəsarət alıb.
Xatırladaq ki, E.İbrahimov əvvəllər Cinayət Məcəlləsinin 332.1-ci maddəsi ilə məhkum olunubmuş. O, polis əməkdaşları tərəfindən tutulub. Cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.
Qadın sürücü ağır QƏZA TÖRƏTDİ - Xəsarət alanlar var
Bakıda avtobus 75 yaşlı qadının üstündən keçdi - VİDEO
Qəbələdə "06" iki piyadanı vurdu - Ölən və xəsarət alan var - FOTO
Xırdalan-Binəqədi yolunda zəncirvari qəza - VİDEO
ABŞ-də Tesla-nın avtopilotu ilə bağlı ölümcül qəza baş verib
Dağlıq yolda dərəyə aşan maşının sürücüsü ÖLDÜ - VİDEO
Abşeronda FACİƏ: Azyaşlını motosiklet vurub öldürdü
Yasamalda zəncirvari qəza: Xəsarət alan var - VİDEO - YENİLƏNİB
Hövsanda sərnişin avtobusu ilə "Changan"ın toqquşmasına dair AÇIQLAMA - VİDEO
Ağdamda maşınla üç bacını və 4 yaşlı uşağı vurdu - YENİLƏNİB
Bakıda "Mercedes"lə BYD-nin toqquşmasının ANBAAN VİDEOSU











