DYP-dən Elvin Basqallının qəzaya düşməsi ilə bağli AÇIQLAMA - FOTO - YENİLƏNİB

Aparıcı Elvin Basqallının qəzaya uğraması ilə bağlı DYP açıqlama verib.
Avtosfer.az-a daxil olan açiqlamada bildirilir ki, bu gün Bakı-Qazax magistralının Kürdəmirdən keçən 196-cı km, üzü Bakı istiqamətində hərəkət edən Elvin Vahid oğlu Basqallının idarə etdiyi “Hyundai Santafe” markalı avtomobil sürüşərək yolun kənarına aşıb.
Hadisə zamanı avtomobildə sürücü Elvin Basqallı, qardaşı, anası və övladı olub. Onlardan xəsarət alan olmayıb.
***
Tanınmış aparıcı Elvin Basqallı ailəsi ilə birgə uğradığı qəza ilə bağlı açıqlama verib.
Bu barədə o, sosial şəbəkə hesabında paylaşım edib.
“Gəncədən əsgər görüşündən gələrkən, buzlu yolda maşını aşırdıq. Kiçik əziklər istisna olmaqla, hamımız xəsarətsiz qurtulmuşuq. Maraqlanan hər kəsə minnətdaram”, - deyə o qeyd edib.
***
Məşhur aparıcı Elvin Basqallının olduğu avtomobil qəzaya düşüb.
Manset.az-ın əldə etdiyi məlumata görə, Kürdəmir rayonunda aparıcının özünə məxsus olan maşın buzlu yolda idarəetməni itirib. Nəticədə avtomobil bir neçə də aşıb.
Qəza zamanı Elvin Basqallı ilə yanaşı, oğlu, anası və qardaşı avtomobildə olub.
Əlavə məlumat veriləcək.


Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO












