DYP Xaçmazda baş verən ağır yol qəzası ilə bağlı məlumat yaydı

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi (DYP) Xaçmazda baş verən zəncirvari yol qəzası barədə məlumat yayıb.
DYP-dən Avtosfer.az-a verilən məlumata görə, bu gün saat 16:30 radələrində Gəndov-Yalama avtomobil yolunun Xaçmaz rayonunun Gödəkli kəndi ərazisindən keçən hissəsində Xaçmaz rayon sakini Əmirbəyov Kamil Rafik oğlunun idarə etdiyi “MİTSUBİSHİ” markalı, 27-BJ-625 dövlət qeydiyyat nişanlı avtomobillə Şabran rayon sakini Soltanov Feyruz Sudef oğlunun idarə etdiyi “Ford Transit” markalı, 77-SP-975 dövlət qeydiyyat nişanlı avtomobil toqquşub.
Qəza nəticəsində “Ford” markalı avtomobildə olan sərnişin- azyaşlı Vəliyev Ramal Hikmət oğlu hadisə yerində həlak olub, digər avtomobildə olan sərnişin Dəmirov Fərhad Ağamurad oğlu isə xəsarət alıb.
Hadisə yerinə DYP və digər aidiyyəti qurumların əməkdaşları cəlb olunub.Faktla bağlı araşdırma aparılır.
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO
Şüvəlanda AĞIR QƏZA: ÖLƏN VAR












