Gəncədə "07" sərnişin avtobusu ilə toqquşub, ölən və xəsarət alanlar var - FOTOLAR

Gəncədə minik avtomobilinin sərnişin avtobusuna çırpılması nəticəsində xəsarət alanların son durumu açıqlanıb.
TƏBİB-dən Avtosfer.az-ın sorğusuna cavab olaraq bildirilib ki, bu gün saat 16:50 radələrində iki nəfər (kişi) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına Xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Qeyd olunub ki, 2004-cü il və 2005-ci il təvəllüdlü şəxslərə sol bazu sümüyünün, qabırğaların və biləyin sınığı diaqnozları təyin olunub və zəruri tibbi xidmətlər göstərilib.
Vəziyyətləri orta ağır qiymətləndirilən pasiyentlərin müalicəsi Cərrahiyyə şöbəsində davam etdirilir.
***
Gəncədə yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, şəhər ərazisində hərəkətdə olan "Vaz-2107" markalı avtomobil "BakuBus"a məxsus sərnişin avtobusuna çırpılıb. Nəticədə, minik maşınında olan 2006-cı il təvəllüdlü Q.Cabbarov hadisə yerində ölüb, 2 nəfər - 2005-ci il təvəllüdlü R.Quliyev və 2005-ci il təvəllüdlü Ə.Abdullayev xəsarət alaraq xəstəxanaya çatdırılıb. Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.




Azərbaycanda DƏHŞƏTLİ QƏZA: Çox sayda insan yanaraq öldü - FOTO - VİDEO
Zərdabdakı qəzada yanaraq ölən müəllim Vətən müharibəsi iştirakçısı imiş - FOTO
Hacıqabulda AĞIR QƏZA: Ölənlər var - YENİLƏNİB
Avtomobildə sıxılı qalan sürücü belə xilas edildi - VİDEO
"Pajero"nun iki avtomobilə çırpıldığı qorxunc qəzanın ANBAAN VİDEOSU
Tovuzda dörd avtomobilin iştirakı ilə zəncirvari qəza: Ölən var - FOTOLAR
Bakıda yağışlı havada zəncirvari qəza: Yaralı var - VİDEO
Beyləqanda ağır qəza - Ata öldü, qızı yaralandı
Qəzada ölən Pərvin əsgərlikdən yeni qayıtmışdı, nişanı olacaqdı - FOTO
Sükan arxasında yuxulayan sürücünü təhlükəsizlik kəməri xilas edibmiş - REAL VİDEO
Sükan arxasında yuxulayan sürücü "Prado"nu AŞIRDI - VİDEO










