Goranboyda maşınlar toqquşdu - Yaralılar var - FOTO

Goranboyda üç nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb. Belə ki, Fəxralı kənd sakini 1955-ci il təvəllüdlü Əyyar Musayevin idarə etdiyi “Toyota Land Cruiser” markalı maşınla Düzqışlaq kənd sakini Seymur Ələsovun idarə etdiyi “VAZ 21015” markalı avtomobil toqquşub. Nəticədə “VAZ 21015” markalı maşında olan sərnişinlər Aypara Əmrahova, 1977-ci il təvəllüdlü Sadəgül Ələsova və 1995-ci təvəllüdlü Elnurə Hüseynova xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.
***
Goranboyda minik maşını ilə mikroavtobusun toqquşması nəticəsində xəsarət alanların sayı 6-a çatıb. Məlumata görə, qəzada xəsarət alanların 1984-cü il təvəllüdlü A.Əmrahova, 1994-cü il təvəllüdlü D.Məmmədov, 1971-ci il təvəllüdlü E.Rüstəmov, 1991-ci il təvəllüdlü B.Novruzova, 1995-ci il təvəllüdlü A Məmmədov və 1984-cü il təvəllüdlü S.Musayev olduğu bildirilir. Xəsarət alan şəxslər Goranboy rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır. TƏBİB-dən verilən məlumata görə, onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu qoyulub: "Hazırda 3 nəfərin müalicəsi Cərrahiyyə və Reanimasiya şöbələrində davam etdirilir. Digər 2 nəfərə zəruri tibbi xidmət göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb. Hadisə nəticəsində xəsarət alan 1 nəfər ilkin tibbi yardım göstərildikdən sonra özəl tibb müəssisələrinin birinə təxliyə olunub".


Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO












