Göyçayda baş verən qəzada 3 nəfər ölüb - FOTO - YENİLƏNİB

Göyçay rayonunun Müskürlü kəndi ərazisində “Kia” markalı avtomobilin sürücüsü, 1990-cı il təvəllüdlü Xəqani Bağırovun idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi yoldan çıxaraq aşıb.
DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Avtosfer.az-ın sorğusuna cavab olaraq bildirilib ki, müxtəlif bədən xəsarətləri alan sürücü, eləcə də iki sərnişini, 1991-ci il təvəllüdlü Asif Gülməmmədov və Elçin Əsgərov hadisə yerində ölüb, digər bir sərnişin isə xəsarət alıb.
Faktla bağlı cinayət işi başlanıb.
***
01:49
İlkin məlumata əsasən, Göyçay-Ucar yolunda baş vermiş qəzada 3 nəfər ölüb, bir nəfər isə ağır yaralanıb.
APA-nın Şirvan bürosu xəbər verir ki, hazırda üçüncü şəxsin meyiti kanaldan çıxarılır. Bildirilir ki, "Kia" markalı avtomobil idarəetməni itirərək kanala düşüb.
***
01.18
Göyçay-Ucar avtomobil yolunda ağır qəza baş verib.
APA-nın Şirvan bürosu xəbər verir ki, ilkin məlumata əsasən hadisə zamanı iki nəfərin dünyasını dəyişdiyi, bir neçə nəfərin agir yaralandığı bildirilir.
Hazırda əraziyə Göyçay təcili tibbi yardım briqadasının əməkdaşları və polis cəlb olunub. Yaralıların Ucar rayon mərkəzi xəstəxanasına aparıldığı bildirilir. Əlavə məlumat veriləcək.
Foto
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO












