Gürcüstan vətəndaşları Azərbaycanda qəzaya düşüb - FOTO

Tovuzda 4 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol qəzası baş verib. "Report" xəbər verir ki, hadisə Bakı-Qazax magistralının Düzqırıqlı kəndində qeydə alınıb. Qəza zamanı Gürcüstan vətəndaşı Rafael Şərifovun idarə etdiyi “Opel” markalı minik maşını Şəmkir sakini olan Tural Qəmbərovun sürücüsü olduğu “Hyundai” avtomobili ilə toqquşub. Güclü zərbənin təsirindən hər iki avtomobil yoldan kənara çıxıb. Nəticədə “Opel”də olan 4 nəfər Gürcüstan Respubilkası, Dumanisi rayon sakinləri Ramin, Rafael, Nəbi Şərifovlar və Hava İsmayılova deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalıblar. Ətrafdakılar dərhal Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən-xilasedicilərini hadisə yerinə çağırıblar. Xilasedicilər yaralıları avtomobildən çıxararaq təcili tibbi yardım stansiyasının əməkdaşlarına təhvil veriblər. Tovuz Mərkəzi Rayon Xəstəxanasına aparılan yaralılardan sürücü Rafael Şərifovla, sərnişin Nəbi Şərifovun vəziyyəti ağır qiymətləndirilir.
Faktla bağl BDYP-nın əməkdaşları araşdırma aparır.
"BMW" ağaca çırpıldı; qadın sürücü belə çıxarıldı - VİDEO
Azərbaycanda DƏHŞƏTLİ QƏZA: Çox sayda insan yanaraq öldü - FOTO - VİDEO
Zərdabdakı qəzada yanaraq ölən müəllim Vətən müharibəsi iştirakçısı imiş - FOTO
Hacıqabulda AĞIR QƏZA: Ölənlər var - YENİLƏNİB
Avtomobildə sıxılı qalan sürücü belə xilas edildi - VİDEO
"Pajero"nun iki avtomobilə çırpıldığı qorxunc qəzanın ANBAAN VİDEOSU
Tovuzda dörd avtomobilin iştirakı ilə zəncirvari qəza: Ölən var - FOTOLAR
Bakıda yağışlı havada zəncirvari qəza: Yaralı var - VİDEO
Beyləqanda ağır qəza - Ata öldü, qızı yaralandı
Qəzada ölən Pərvin əsgərlikdən yeni qayıtmışdı, nişanı olacaqdı - FOTO
Sükan arxasında yuxulayan sürücünü təhlükəsizlik kəməri xilas edibmiş - REAL VİDEO










