Güzgüyə baxmadan qapını açan sürücü son anda ölümdən döndü - ANBAAN VİDEO

Binəqədi rayonu Dərnəgül qəsəbəsində baş vermiş qəza anbaan kameraya düşüb.
Avtosfer.az-ın məlumatına görə, hadisə mayın 3-də saat 15:42 radələrində qeydə alınıb. Belə ki, sürücü idarə etdiyi 10-ZO-277 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobili yolun hərəkət hissəsində saxlayır və güzgüyə baxmadan maşının qapısını açır. Bu zaman hərəkətdə olan “Hyundai Sonata” markalı avtomobil onun qapısını vuraraq yararsız vəziyyətə salır. Xoşbəxtlikdən hadisə zamanı sürücü xəsarət almayıb.
Qeyd edək ki, qanunvericiliyə görə, nəqliyyat vasitəsinin qapılarının açılması digər yol hərəkəti iştirakçıları üçün maneə yaradarsa onları açmaq qadağandır. Bu halda qapını açıb qəzaya şəraitnyaradn sürücü məsuliyyət daşıyır və qarşı tərəfin də zərərini ödəməlidir.
Nərmin
Binəqədidə AĞIR QƏZA: İki avtomobil toqquşdu - VİDEO
Hövsanda daha bir qəza: İki avtomobil toqquşdu - VİDEO
Milli Qəhrəmanın oğlu qəzaya düşdü - TƏBİB-dən AÇIQLAMA
Saray körpüsündə 3 maşın bir-birinə çırpıldı – Xəsarət alan var - VİDEO
Bakıda “Tesla” işıq dirəyinə çırpılıb əks yola çıxdı - VİDEO
Qaxda ağır qəza: Dörd yeniyetmə xəsarət aldı - YENİLƏNİB
Hövsanda qəza: Maşının buferi qopub mağazanın şüşəsini sındırdı - VİDEO
Yük maşını 12 yaşlı velosipedçini vurub ÖLDÜRDÜ
Azərbaycanda yol qəzalarının sayı azalıb: Bəs ölüm halları niyə yüksəkdir? - RƏY
Xırdalan dairəsində qəza: Moped “Chevrolet”lə toqquşub aşdı - VİDEO
Bərdədə tanınmış həkimin avtomobillə vurub öldürdüyü Fəridin FOTOsu












