Hava limanında partlayış: yaralılar var – YENİLƏNİB

İstanbul şəhərinin qubernatoru Vasip Şahin bildirib ki, "Sabiha Gökçen" hava limanında baş verən partlayışın səbəbi hələlik məlum deyil.
Avtosfer.az xəbər verir ki, qubernatorun sözlərinə görə, mütəxəssislər hadisə yerində araşdırmaları davam etdirirlər.
Hadisə zamanı yaralanan hər iki qadının təmizlik şirkətinin işçiləri olduğu qeyd olunur. Onlardan birisinin başından, digərinin isə qolundan yaralandığı bildirilir.
Təhlükəsizliyi təmin etmək məqsədi ilə hava limanının ərazisinə daxil olan bütün avtomobillər yoxlanılır.
-----------
07:27
Yaralanan iki qadından birinin vəziyyəti ağırdır.
Türkiyənin İstabnbul şəhərindəki "Sabiha Gökçen" beynəlxalq hava limanında bu gecə partlayış baş verib. Avtosfer.az xəbər verir ki, naməlum səbəbdən baş vermiş partlayış nəticəsində 2 nəfər xəsarət alaraq xəstəxanaya çatdırılıblar.
Yerli vaxtla saat 02.15-də (Bakı vaxtıyla 04.15) meydana gələn hadisənin təyyarələrin parklandığı apronda baş verdiyi bildirilir.
Partlayış zamanı yaralananların hava limanının xadimələri 33 yaşlı Canan Çerlik Burgucu və 30 yaşlı Zəhra Yamaç olduğu bildirilib. Yaralılar "Marmara" universitetinin Pendik təlim və araşdırma xəstəxanasına çatdırılıblar. Xəstəxanadan Zəhra Yamacın vəziyyətinin ağır olduğu bildirilib. Hava limanı polisi faktla bağlı araşdırmalara başlayıb. Hazırda reyd keçirən polis hava limanına daxil olan və çıxan bütün avtomobillərdə axtarış aparır.
Prospektdə zəncirvari qəza: 4 maşın toqquşdu, yaralılar var - VİDEO
Şəhərin mərkəzində “Changan” aşdı, 3 nəfər xəsarət aldı - VİDEO
Masallıda ağır yol qəzası: İki nəfər öldü - FOTO
Ödənişli yolda ağır qəza - 33 yaşlı qadın öldü - FOTO
Masallıda ağır qəza - Ölənlər var - FOTO - YENİLƏNİB
Avtomobil məhəccərə çırpıldı - Sürücü öldü
Ramanada sərnişin avtobusları toqquşdu - VİDEO
Yolayrıcına təhlükəli şəkildə daxil olan sürücü qəza törətdi - REAL VİDEO
Maştağada idarəetmədən çıxan “Mercedes” obyekti uçurdu - VİDEO
Pilləkəndən düşən maşını yoldan keçən qadın çiyni ilə çıxardı – BAKIDA – VİDEO
Bakıda AĞIR QƏZA: Piyadanın ayaqları sındı










