Həftəsonu baş verən yol qəzalarında 4 nəfər ölüb

Daxili İşlər Nazirliyi həftəsonu daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat yayıb.
Nazirliyinin mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən ötən iki gün ərzində törədilmiş 60 cinayətin üstü "isti izlər"lə açılıb, əvvəlki dövrlərdən bağlı qalmış 32 cinayətin açılması təmin olunub.
Axtarışda olduğu üçün ümumilikdə 39 nəfər, o cümlədən borclu qismində olan axtarışda olan 22 nəfər saxlanılaraq adiyyatı üzrə təhvil verilib.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 43, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.
Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 4 nəfər ölüb, 2 nəfər xəsarət alıb.
Cinayət törətməkdə şübhəli bilinən 72 nəfər saxlanılıb.
Bakıda DƏHŞƏTLİ qəza baş verdi - Ölən var - FOTO
Yevlaxda yük maşını "VİTO" ilə toqquşdu - Ölən və yaralanan var - FOTO
İsmayıllıda ağır qəzada 4 nəfər yaralandı: Traktor ikiyə bölündü - VİDEO
Bakıda ağır qəza baş verdi
Topun ardınca qaçan 10 yaşlı qız avtomobilin altında qalaraq ÖLDÜ - TƏFƏRRÜAT - VİDEO
Zabratda “Chevrolet” yandı, alov yanındakı maşına da keçdi - VİDEO
Gəncədə “VAZ” geriyə dönən “BMW”yə çırpıldı - ANBAAN VİDEO
Vəsiqəsiz sürücü qəza törətdi; özü öldü, ailənin 5 üzvü xəstəxanalıq oldu - VİDEO
Sabunçuda AĞIR QƏZA: Ölən var
Şəhidimizin həyat yoldaşını maşın vurub ÖLDÜRDÜ
Aparıcının öldüyü qəzanın səbəbləri araşdırılır











