Hərbi təyyarə qəzası nəticəsində 7 nəfər həlak olub

Qəzalar 22 Fevral 2021 11:00
Hərbi təyyarə qəzası nəticəsində 7 nəfər həlak olub
WhatsApp kanalımıza abunə olun

Meksikanın Hərbi Hava Qüvvələrinə məxsus "Learjet" təyyarəsi qəzaya uğrayıb.

Bu barədə "El Universal" qəzeti polisə istinadən bildirib.

Məlumata görə, hadisə ölkənin şərqindəki Verakrus ştatında, Xalapa şəhəri yaxınlığında qeydə alınıb. Qəza zamanı təyyarədə 7 nəfər olub. Onların hamısı qəzada həlak olublar.

Hadisə yerinə xilasedicilər və hakimiyyət nümayəndələri gəlib.

Meksikanın Müdafiə Nazirliyi hələlik qəzanı şərh etməyib. Faciənin başvermə səbəbləri barədə məlumat yoxdur.

Oxunub : 864
ŞƏRH YAZ
Ad

E-mail

Şərh