Hindistanda dəhşətli qəza: 8-i uşaq olmaqla azı 22 nəfər öldü - FOTO

Hindistanın Uttarakxand ştatında dəhşətli qəza baş verib.
Zəvvarları daşıyan qoşqulu traktor yol kənarındakı gölməçəyə aşıb. Nəticədə səkkizi uşaq olmaqla azı 22 nəfər ölüb.
Bu barədə yerli administrasiyanın nümayəndəsi Radjiv Aqraval məlumat verib.
Hadisə Kascanq kəndi yaxınlığında baş verib. İlkin məlumata görə, traktorun sürücüsü qarşı istiqamətdə hərəkət edən avtomobillə toqquşmaqdan yayınmağa çalışıb, nəticədə yoldan çıxaraq qoşqu ilə birlikdə yol kənarındakı gölməçəyə yuvarlanıb.
“Mövcud məlumatlara görə, 22 nəfər ölüb, 5 nəfər yerli xəstəxanalardadır, 2 nəfər artıq evə buraxılıb. Təxminən 10 nəfər yaralanıb”, - deyə Aqraval jurnalistlərə bildirib.
Məlumata görə, zəvvarlar yerli dini bayram münasibətilə Haridvar şəhərinə gedirmişlər. Onlar hindular üçün müqəddəs sayılan Qanq çayının sularına girməyi planlaşdırıblar.
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO












