Hövsanda avtomobil hasara çırpılıb, 17 yaşlı qız yaralanıb

Qəzalar 14 Fevral 2021 09:31
Hövsanda avtomobil hasara çırpılıb, 17 yaşlı qız yaralanıb
WhatsApp kanalımıza abunə olun

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Suraxanı rayonunun Hövsan qəsəbəsində qeydə alınıb.

İdarəetməni itirərək hasara çırpılan avtomobildə olan sərnişin, 2004-cü il təvəllüdlü Məmmədzadə Məsumə Allahverən qızı ağır bədən xəsarətləri alıb.

Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona açıq kəllə-beyin travması, baş beyin əziyi və alın sümüklərinin sınıqları diaqnozları qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

Oxunub : 1552
ŞƏRH YAZ
Ad

E-mail

Şərh