Hövsanda minik avtomobili beton dayağa çırpıldı - VİDEO - YENİLƏNİB
“Sözügedən hadisə bu gün səhər saat 06:00-da paytaxtın Suraxanı rayonu Hövsan qəsəbəsində qeydə alınıb”.
Bu barədə oxu.az-ın sorğusuna cavab olaraq Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin Təbliğat və ictimai işlər üzrə rəisi, polis kapitanı Toğrul Nəsirli məlumat verib.
O bildirib ki, videogörüntülərdə görünən “Volkswagen” markalı 99-NC-218 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin sürücüsü idarəetməni itirərək beton maneəyə çırpılıb:
“Hadisə nəticəsində sürücü yüngül bədən xəsarətləri alıb. Faktla bağlı araşdırma aparılır”.
***
Suraxanı rayonu, Hövsan qəsəbəsinə gedən yolda avtomobil qəzası baş verib.
Avtosfer.az xəbər verir ki, hadisənin görüntüsü sosial şəbəkələrdə paylaşılıb.
Belə ki, qəza zamanı “Volkswagen” markalı 99-NC-218 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi yerüstü keçidin beton dayağına çırpılıb və yararsız hala düşüb.
Yol-nəqliyyat hadisəsinin hansı səbəbdən baş verdiyi məlum deyil.
Həmin görüntüləri təqdim edirik:
Aeroport yolunda AĞIR QƏZA - VİDEO
Bakıda ağır qəza: ÖLƏN var
Binəqədidə AĞIR QƏZA: İki avtomobil toqquşdu - VİDEO
Hövsanda daha bir qəza: İki avtomobil toqquşdu - VİDEO
Milli Qəhrəmanın oğlu qəzaya düşdü - TƏBİB-dən AÇIQLAMA
Saray körpüsündə 3 maşın bir-birinə çırpıldı – Xəsarət alan var - VİDEO
Bakıda “Tesla” işıq dirəyinə çırpılıb əks yola çıxdı - VİDEO
Qaxda ağır qəza: Dörd yeniyetmə xəsarət aldı - YENİLƏNİB
Hövsanda qəza: Maşının buferi qopub mağazanın şüşəsini sındırdı - VİDEO
Yük maşını 12 yaşlı velosipedçini vurub ÖLDÜRDÜ
Azərbaycanda yol qəzalarının sayı azalıb: Bəs ölüm halları niyə yüksəkdir? - RƏY












