İki avtomobil toqquşdu: 1 ölü, 4 yaralı

Bərdədə sürücünün ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az APA-ya istinadən xəbər verir ki, Yevlax-Ağcabədi yolunun Bərdə rayonu ərazisindən keçən hissəsində Bərdə rayon Qaravəlli kənd sakini Samir Bayramovun idarə etdiyi “VAZ-2106” markalı avtomobil Ağcabədi rayon Kəhrizli kənd sakini Hüseyn Cəfərovun idarə etdiyi “Qazel” markalı yük avtomobili ilə toqquşub. Nəticədə 1981-i il təvəllüdlü Samir Bayramov, sərnişinlər - 1982-ci il təvəllüdlü Rauf Quliyev, 1984-cü il təvəllüdlü Sevinc Quliyeva və 2002-ci il təvəllüdlü Uğurbəyli Cəfərov ağır bədən xəsarətləri alaraq, Bərdə Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, S. Bayramovun həyatını xilas etmək mümkün olmayıb. Xəsarət alan digər şəxslərin vəziyyəti ağır qiymətləndirilir. Ağcabədi Mərkəzi Rayon Xəstəxanasına çatdırılan digər sürücü H.Cəfərovun da vəziyyəti orta-ağırdır. Faktla bağlı araşdırma aparılır.
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO












