İmişlidə dəhşətli qəza - 3 ölü

İmişli rayonunda ağır yol qəzası nəticəsində 3 nəfər ölüb, 1 nəfər ağır xəsarət alıb. Avtosfer.az-ın APA-ya istinadən bildirir ki, avtoqəza saat 00.30-da İmişli şəhəri, H.Əliyev prospektində baş verib. İmişli sakini, Kərimov Elkin Əli oğlunun idarə etdiyi "VAZ 2107" markalı 10 GV 293 dövlət nömrə nişanlı avtomobil yolun kənarında dayanan "QAZ 53" markalı 30 BE 153 dövlət nömrə nişanlı avtomobilə çırpılıb. Nəticədə avtomobildə olan sərnişinlər-İmişli rayonu Cəfərli kənd sakini, 1989-cu il təvəllüdlü Əmirov Valeh Əmir oğlu, Otuziki kənd sakini, 1985-ci il təvəllüdlü Cavadov Samir Adəm oğlu və Ağcəbədi rayonu Hacıbədəlli kənd sakini, 1992-cı il təvəllüdlü Mürşüdlü Elçibəy Musa oğlu aldıqları ağır bədən xəsarətlərindən hadisə yerində ölüblər. Sürücü isə ağır vəziyyətdə İmişli rayon xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı İmişli polis şöbəsi araşdırma aparır.
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO












