İmişlidə avtomobil 7 yaşlı iki uşağı vurub- biri ölüb

İmişlidə baş vermiş avtoqəza zamanı avtomobilin vurduğu piyadaların kimliyi müəyyən edilib.
Avtosfer APA-ya istinadən xəbər verir ki, rayonun Aranlı kəndində qeydə alınmış hadisə zamanı İmişli rayon sakini, 1994-cü il təvəllüdlü İmanov Mahir İlham oğlunun idarə etdiyi "VAZ 2107" markalı avtomobil yolda dayanan Aranlı kənd sakinləri, 2013-cü il təvəllüdlü Hüseynli Umud Musa oğlunu və 2013-cü il təvəllüdlü Quliyev Nihad Əkbər oğlunu vurub.
Hadisə nəticəsində ikinci azyaşlı hadisə yerində dünyasını dəyişib, digəri isə Biləsuvar xəstəxanasına yerləşdirilib.
22:24
İmişli rayonunda piyadaların vurulması ilə nəticələnən yol qəzası baş verib.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə rayonun Aranlı kəndində qeydə alınıb.
İmişli rayon sakini, 1994-cü il təvəllüdlü İmanov Mahir İlham oğlunu idarə etdiyi "VAZ 2107" markalı avtomobillə yolda dayanan iki piyadanı vurub. Hadisə nəticəsində piyadalardan biri dünyasını dəyişib, digəri isə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı İmişli Rayon Polis Şöbəsində araşdırma aparılır.
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO












