İş adamının oğlunun öldüyü qəzada gühahlandırılan şəxsdən xəbər var

Tanınmış alim və iş adamı olan Mirzəxan Mənsimovun oğlunun yol qəzasında ölümünə səbəb olmaqda təqsirləndirilən Xəlil Əsədlinin barəsindəki hökmdən yenidən kassasiya şikayəti verilib.
Avtosfer.az-ın əldə etdiyi məlumata görə, hazırda şikayət Ali Məhkəmənin hakimi Rəşad Abdulovun sədrliyi ilə araşdırılır.
Məhkəmənin növbəti iclası yanvarın 30-na təyin edilib.
Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, zərərçəkmiçin hüquqi varisinin şikayəti və prokurorun protesti qismən təmin edilib, Bakı Ağır Cinayətlər Məhkəməsinin çıxardığı hökm dəyişdirilib.
Belə ki, Xəlil Əsədlinin 5 il müddətinə azadlıqdan məhrumetmə cəzası artırılaraq, 6 ilə qaldırılıb. O, məhkəmə zalından həbs edilib. Hökmdən narazı qalan məhkum kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib.
Qeyd: 1993-cü il təvəllüdlü Xəlil Əsədli "BMW” markalı avtomobillə ağır qəza törədib. Nəticədə 1994-cü il təvəllüdlü Nurlan Mənsimli ölüb.
Sürücünün barəsində Cinayət Məcəlləsinin 263-1.3-cü (Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda pozma – ölümlə nəticələndikdə) maddəsi ilə ittiham irəli sürülüb.
İttihama görə, "BMW" markalı avtomobil Nurlana məxsus olub və həmin vaxt nəqliyyat vasitəsini Xəlil sərxoş halda idarə edib. Onlar 20 noyabr tarixində saat 05:25-də Səbail rayonu ərazisində - Şeyx Şamil və Abdulla Şaiq küçələrinin kəsişməsində metronun “İçərişəhər” stansiyasından üzü Nərimanov heykəlinə doğru hərəkətdə olarkən avtomobil Xəlilin idarəetməsindən çıxaratq sürətlə maneəyə çırpılıb.
Xatırlatma: Nurlan Mənsimlinin atası, tanınmış coğrafiyaçı alim, həmçinin “İqlim” MMC-nin rəhbəri olan Mirzəxan Mənsimovdur. O, məhkəmədə ifadəsində Xəlilə ağır cəza verilməsini istəyib.
Pravda.az
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO












