İsmayıllıda ağır QƏZA: Xəsarət alanlar var - FOTO - VİDEO - YENİLƏNİB

İsmayıllıda iki yük maşınının toqquşması nəticəsində iki nəfər xəsarət alıb.
Hadisə nəticəsində 1960-cı il təvəllüdlü Mahmudov Elçin Musa oğlu və 1977-ci il təvəllüdlü, Ucar rayon sakini Babayev Hafiz Arif oğlu ağır bədən xəsarətləri alıblar.
H. Babayev Bakıdakı özəl xəstəxanalardan birinə aparılıb.
Faktla bağlı araşdırma aparılır. (apa)
***
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə İsmayıllı rayonu, Qurbanəfəndi kəndi ərazisində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşların avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.
Avtosfer.az nazirliyə istinadən xəbər verir ki, daxil olan məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti İsmayıllı Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb edilib.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “SHACMAN” və “İSUZU” markalı yük avtomobillərinin toqquşması nəticəsində yol-qəza hadisəsi baş verib və sürücülər deformasiyaya uğramış avtomobillərdə sıxılmış vəziyyətdə qalıb.
Yanğınsöndürən-xilasedicilər tərəfindən xüsusi xilasetmə vasitələrindən istifadə olunmaqla avtomobillərdə sıxılmış vəziyyətdə qalan və müxtəlif bədən xəsarətləri alan sürücülər xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.


Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO












