İtaliyada zəncirvari qəzada 20-dən çox avtomobil toqquşub, ölən var
Qəzalar
13 Fevral 2021 18:14

İtaliyanın şimal-qərbində, Turin şəhəri yaxınlığındakı Val di Suza vadisində baş verən zəncirvari yol qəzasında azı bir nəfər ölüb, bir neçə nəfər də yaralanıb.
Avtosfer.az TASS-a istinadən xəbər verir ki, “Corriere della Sera” qəzeti 20-dən çox avtomobilin yol səthinin buz bağlaması səbəbindən toqquşduğunu yazıb.
Yol müvəqqəti bağlanıb. Hadisə yerinə həkimlər, polislər və xilasedicilər gəlib.
Qeyd edək ki, bütün Apennin yarımadası soyuq siklonun təsirinə məruz qalıb və nəticədə İtaliyanın mərkəzi hissəsinə, eləcə də bəzi cənub bölgələrinə güclü qar yağıb. Ölkənin şimalında və dağlıq bölgələrdə havanın temperaturu xeyli aşağı düşüb. Bəzi şəhərlərdə qar yağması səbəbindən məktəblər bağlanıb. Bundan əlavə, yollarda hərəkətin çətinliyi və qatarların hərəkətində gecikmələr barədə məlumatlar yayılır.
Oxunub : 1712
DİGƏR XƏBƏRLƏR
14 Oktyabr 2026 20:15
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
14 Oktyabr 2026 15:41
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
14 Oktyabr 2026 15:30
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
14 Oktyabr 2026 15:18
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
14 Oktyabr 2026 14:30
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
14 Oktyabr 2026 12:06
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
13 Oktyabr 2026 15:30
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
13 Oktyabr 2026 10:18
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
13 Oktyabr 2026 10:00
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
13 Oktyabr 2026 09:53
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
13 Oktyabr 2026 08:46
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
12 Oktyabr 2026 17:50
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
ŞƏRH YAZ












