Kəlbəcərdə çaya aşan maşının sürücüsü tapılmır - FOTO - VİDEO

Dünən Kəlbəcər rayonunda baş vermiş yol-nəqliyyat hadisəsi zamanı öldüyü bildirilən sürücünün meyidi tapılmayıb. Avtosfer.az-ın əldə etdiyi məlumata görə, hazırda bu istiqamətdə axtarışlar davam edir. Faktı Avtosfer.az-a Daxili İşlər Nazirliyinin Gəncə regional qrupundan təsdiqlədilər. Bildirildi ki, xilasedici qruplar axtarış tədbirlərini davam etdirir.
Qeyd edək ki, hadisə dünən saat 1 radələrində rayonun Comərt kəndində yük maşını çaya aşıb.
Şirvan şəhər sakini 1981-ci il təvəllüdlü Rəhim Şahbazov "Howo" markalı yük avtomobili ilə hərəkətdə olan zaman idarəetməni itirib.
Nəticədə sürücüsü və onun sərnişini, 1998-ci il təvəllüdlü Göyçay rayon sakini Bəhrəm Sadıqov hadisə yerinədə ölüblər.
Bir nəfər sərnişin isə xəsarət alıb.
Hadisə yerinə Kəlbəcər rayon polis şöbəsinin əməkdaşları cəlb olunub.
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO















