"KİA" 50 metr hündürlükdən düşdü; kəmər taxan sürücü və sərnişin sağ qaldı - VİDEO

Ağır yol qəzası keçirən iki nəfər təhlükəsizlik kəməri sayəsində sağ qalıb. Avtosfer.az xəbər verir ki, Türkiyənin Düzce şəhərində baş verən hadisənin görüntüləri sosial şəbəkələrdə paylaşılıb. Adı açıqlanmayan sürücünün idarə etdiyi “KİA” markalı minik avtomobili sərt döngədə sükan idarəetməsini itirərək 50 metr hündürlükdən binan həyətyanı ərazisinə düşüb.
Hadisə şahidlərinin verdiyi xəbər əsasında əraziyə Xüsusi Riskli Xilasetmə, polis və təcili tibbi yardım briqadasının əməkdaşları gəlib. Qəza nəticəsində avtomobildə sıxışmış vəziyyətdə qalan sürücü və onun sərnişini xilasetmə əməkdaşları tərəfindən oradan çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib.
Hadisə yerini tədqiq edən ekspertlərin sözlərinə görə, hər iki şəxsin təhlükəsizlik kəmərini taxması onların bu qəzadan sağ çıxmasına kömək olub.
Sözügedən hadisənin videosunu təqdim edirik:
Namiq Musayev
Zığ şosesində hərəkət məhdudlaşdırıldı: SƏBƏB
Naxçıvanda avtomobil AŞDI: Beş nəfər xəsarət aldı - FOTO
Hövsanda motosiklet “Mercedes”ə çırpıldı, sürücü bir neçə metr kənara düşdü - REAL VİDEO
Mingəçevirdə qəza: “Chevrolet” sürücüsü “VAZ”ı vurub maneəyə sıxışdırdı - VİDEO
Bakı–Quba yolunda yük maşınının qoşqusu körpüyə çırpıldı - ANBAAN VİDEO
Bakıda mikroavtobus divara çırpıldı - VİDEO
Binəqədidə ağır qəza: “KamAZ”la “BYD” toqquşdu – VİDEO
Xaçmazda iki maşın toqquşdu, bir nəfər yaralandı - VİDEO
At arabaları ilə bağlı XƏBƏRDARLIQ - Bir ayda 1 ölü, 3 yaralı - FOTO
Goranboyda avtomobil qəzası: 13 yaşlı yeniyetmə...
Novxanı-Pirşağı yolunda dəhşətli qəza: Yaralılar var – VİDEO - YENİLƏNİB












