Kobud qayda pozan “Prius” “Opel”i vurub zolağından çıxartdı - ANBAAN VİDEO

Xəzər rayonunda qayda pozan sürücü qəzaya səbəb olub.
Avtosfer.az-ın məlumatına görə, hadisə fevralın 12-si saat 09:22 radələrində Zaqulba yolu ilə Bilgəh qəsəbəsi istiqamətində qeydə alınıb.
Videodan göründüyü kimi, 10-HY-276 dövlət nömrə nişanlı “Toyota Prius” markalı avtomobil, “Opel” markalı maşınla toqquşub. Qəzaya səbəb “Prius” sürücüsünün manevr qaydasını pozması olub. Belə ki, o, ən sağ zolağa keçmək istəyərkən hərəkətdə olan digər nəqliyyat vasitəsinə çırpılıb. Nəticədə hər iki avtomobilə maddi ziyan dəyib. Xoşbəxtlikdən sürücülər arasında xəsarət alan olmayıb.
Qeyd edək ki, qəzanın görüntüləri sosial şəbəkədə birmənalı qarşılanmayıb. Videoda manevr qaydasını pozan 144 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobus sürücüsü də qınaq obyektinə çevrilib.
Nərmin
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO












