Kürdəmirdə “07" və "Chevrolet" TOQQUŞDU: Ölən və xəsarət alan var - FOTO

Kürdəmirdə baş verən yol qəzasında ölən və xəsarət alan şəxsin kimliyi məlum olub.
Avtosfer.az "Report"a istinadən xəbər verir ki, ölən şəxs Pirli kənd sakini sürücü Kərimov Rafiq Musa oğlu, xəsarət alan isə onun oğlu Kərimov Xəyal Rafiq oğludur.
Qeyd edək ki, Ağsu-İmişli-Kürdəmir yolunun Kürdəmirin Sorsor kəndi ərazisindən keçən hissəsində "VAZ-2107" markalı maşınla "Chevrolet" markalı maşın toqquşub.
***
Kürdəmir rayonunda ağır yol qəzası baş verib.
Hadisə Ağsu-İmişli-Kürdəmir yolunun Sorsor kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, "VAZ-2107" markalı maşınla "Chevrolet" markalı maşın toqquşub. Nəticədə "VAZ"da olan sürücü hadisə yerindəcə həyatını itirib. Digər yaralı isə təcili tibbi yardım maşınının köməyilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. O, həkim nəzarətinə götürülüb.
Faktla bağlı araşdırma aparılır.




Aeroport yolunda AĞIR QƏZA - VİDEO
Bakıda ağır qəza: ÖLƏN var
Binəqədidə AĞIR QƏZA: İki avtomobil toqquşdu - VİDEO
Hövsanda daha bir qəza: İki avtomobil toqquşdu - VİDEO
Milli Qəhrəmanın oğlu qəzaya düşdü - TƏBİB-dən AÇIQLAMA
Saray körpüsündə 3 maşın bir-birinə çırpıldı – Xəsarət alan var - VİDEO
Bakıda “Tesla” işıq dirəyinə çırpılıb əks yola çıxdı - VİDEO
Qaxda ağır qəza: Dörd yeniyetmə xəsarət aldı - YENİLƏNİB
Hövsanda qəza: Maşının buferi qopub mağazanın şüşəsini sındırdı - VİDEO
Yük maşını 12 yaşlı velosipedçini vurub ÖLDÜRDÜ
Azərbaycanda yol qəzalarının sayı azalıb: Bəs ölüm halları niyə yüksəkdir? - RƏY












