Kürdəmirdə mikroavtobus yük maşınına çırpıldı; xəsarət alanlar var - FOTO

Kürdəmirdə yol qəzası baş verib, xəsarət alanlar var.
Avtosfer.az xəbər verir ki, hadisə Bakı-Qazax əsas magistral yolunun 171 km-də, rayonun Sığırlı kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, Kürdəmirin Karrar kənd sakini Cəlilov Anar Xanalı oğlunun idarə etdiyi "Ford Ttansit” markalı mikroavtobus rayon istiqamətində hərəkətdə olarkən İmişli rayon sakini Mürfət Ağayevin idarə etdiyi DAF markalı yük maşınına çırpılıb. Nəticədə “Ford”da olan sərnişinlər - rayonun Karrar kənd sakinləri, 1952-ci il təvəllüdlü Dadaşova Cəmilə Ziyafəddin qızı və 1977-ci il təvəllüdlü Cəfərov Azər Abdul oğlu müxtəlif dərəcəli ağır xəsarətlər alıblar.
Yaralılar təcili tibbi yardım briqadasının köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Faktla bağlı araşdırma aparılır.
Aeroport yolunda AĞIR QƏZA - VİDEO
Bakıda ağır qəza: ÖLƏN var
Binəqədidə AĞIR QƏZA: İki avtomobil toqquşdu - VİDEO
Hövsanda daha bir qəza: İki avtomobil toqquşdu - VİDEO
Milli Qəhrəmanın oğlu qəzaya düşdü - TƏBİB-dən AÇIQLAMA
Saray körpüsündə 3 maşın bir-birinə çırpıldı – Xəsarət alan var - VİDEO
Bakıda “Tesla” işıq dirəyinə çırpılıb əks yola çıxdı - VİDEO
Qaxda ağır qəza: Dörd yeniyetmə xəsarət aldı - YENİLƏNİB
Hövsanda qəza: Maşının buferi qopub mağazanın şüşəsini sındırdı - VİDEO
Yük maşını 12 yaşlı velosipedçini vurub ÖLDÜRDÜ
Azərbaycanda yol qəzalarının sayı azalıb: Bəs ölüm halları niyə yüksəkdir? - RƏY














