Lənkəranda avtomobil motosikletçini vurub öldürdü - FOTO

Lənkəranda avtomobil motosikletçini vuraraq öldürüb.
Avtosfer.az-ın məlumatına görə, hadisə Ələt-Astara magistralının Hirkan qəsəbəsindən keçən hissəsində baş verib.
Belə ki, Lənkəran şəhər sakininin idarə etdiyi “KİA” markalı avtomobil rayonun Mamusta kənd sakini - 1992-ci il təvəllüdlü Faiqzadə Cümşüd Faiq oğlunun idarə etdiyi motosikletlə toqquşub. Nəticədə motosikletin sürücüsü ağır xəsarətlər alıb. Avtomobilin sürücüsü hadisə barədə aidiyyəti üzrə xəbər verib.
Əraziyə gələn Təcili və Təxirəsalınmaz Tibbi Yardım briqadasının köməyi ilə yaralı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına gətirilsə də, yolda ölüb. Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Lənkəran Şöbəsinə təhvil verilib.
Fakt üzrə araşdırma aparılır.
report
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO













