Lənkəranda "Jiquli" ağaca çırpıldı, ölən və xəsarət alanalr var - FOTO

Lənkəranda baş verən qəzada ölən və xəsarət alanların kimliyi məlum olub.
Qəzada Lənkəran rayonunun Mamusta kənd sakini, 1998-ci il təvəllüdlü Azər Arzuman oğlu Babayev hadisə yerində ölüb.
Lənkəran rayonunun Xanbulan kənd sakini, 1998-ci il təvəllüdlü Ülvi Elşad oğlu Əzizli və həmkəndlisi 2003-cü il təvəllüdlü Riad Mehman oğlu Qurbanov müxtəlif dərəcəli xəsarətlər alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Ü.Əzizlinin vəziyyəti ağır olduğundan o, reanimasiya şöbəsinə yerləşdirilib.
***
Lənkəranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə köhnə Ələt-Astara magistralının 214-cü kilometrliyində qeydə alınıb.
Hərəkətdə olan "VAZ-2107" markalı minik avtomobili idarəetməni itirərək yol kənarındakı iri gövdəli ağaca çırpılıb.
Qəza nəticəsində sürücü ölüb.
İki sərnişin müxtəlif dərəcəli xəsarətlər alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
(apa)
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO














