Dostlar yumaq üçün götürdükləri avtomobillə ağır qəza törətdilər, biri həyatını itirdi - YENİLƏNİB - FOTO

Lənkəranda dostlar yumaq üçün götürdükləri avtomobillə ağır qəza törədiblər.
“Report”un məlumatına görə, avtoyuma məntəqəsində çalışan Lənkəran şəhər sakinləri - 2000-ci il təvəllüdlü Taleh Aydın oğlu Abdullazadə və 2006-cı il təvəllüdlü İsmayıl Ümid oğlu Xansuvarlı avtomobili yumaq adı ilə dostlarından alaraq idarə ediblər.
Sükan arxasına keçən T.Abdullazadə yolda avtomobili yüksək sürətlə idarə edib və idarəetməni itirərək onu yol kənarındakı elektrik dirəyinə, sonra isə qaz tənzimləyicisinə çırpıb.
Nəticədə avtomobildə sərnişin qismində olan İ.Xansuvarlı hadisə yerində ölüb, sürücü isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
12:18
Lənkəranda avtomobil qəzasında bir nəfər ölüb, bir nəfər yaralanıb.
“Report”un məlumatına görə, hadisə şəhərin Hənifə Abdullayev küçəsində baş verib.
Belə ki, “Hyundai” markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı qaztənzimləyici qurğuya və elektrik dirəyinə çırpılıb. Nəticədə xəsarət alan iki nəfərdən biri hadisə yerində ölüb. Digər yaralı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO












