Lənkəranda “Mercedes” qaz xəttinə çırpıldı
Qəzalar
24 Dekabr 2015 02:02

İnsan tələfatı baş verməsə də, zədələnmiş qaz xətti sızmağa başlayıb
Lənkəranda yol-nəqliyyat qəzası baş verib. Hadisə dekabrın 23-də saat 23.30 radələrində rayonun Türkəkəran kəndi ərazisində qeydə alınıb. Sürücüsünün şəxsiyyəti hələlik məlum olmayan “Mercedes” markalı minik avtomobili qəfildən idarəetməni itirərək yolun kənarında qaz xəttinə çırpılıb. Xoşbəxtlikdən güclü zərbə nəticəsində insan tələfatı baş verməsə də, zədələnmiş qaz xətti sızmağa başlayıb. Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin Lənkəran Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşını və canlı qüvvəsi, həmçinin Lənkəran Rayon Qaz İstismar Sahəsinin qəza briqadası cəlb olunublar. Hazırda onların səyləri ilə qəzanın nəticələrinin aradan qaldırılması istiqamətində müvafiq tədbirlər görülür.
APA
Oxunub : 1498
DİGƏR XƏBƏRLƏR
12 Oktyabr 2026 10:00
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
12 Oktyabr 2026 09:53
İki qadını maşın vurub ÖLDÜRDÜ
12 Oktyabr 2026 08:33
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ
11 Oktyabr 2026 21:49
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
11 Oktyabr 2026 18:22
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
10 Oktyabr 2026 22:00
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
10 Oktyabr 2026 18:45
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
10 Oktyabr 2026 18:11
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
10 Oktyabr 2026 17:36
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
10 Oktyabr 2026 16:45
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
9 Oktyabr 2026 16:00
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
9 Oktyabr 2026 13:48
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
ŞƏRH YAZ












