Lənkəranda qəzalarda 10 nəfər yaralandı - 5-i bir ailənin üzvüdür - FOTO - VİDEO

Lənkəranda baş verən yol qəzalarında xəsarət alanların vəziyyəti açıqlanıb.
Avtosfer.az xəbər verir ki, bu barədə xəstəxananın ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Zamin Rzayev APA-ya bildirilib ki, 18.05.2025-ci il tarixində saat 17:05 radələrində Lənkəran rayonu Gərmətük qəsəbəsi ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində 5 nəfər (2-si kişi, 1-i qadın cinsli, 2 azyaşlı olmaqla) bədənin müxtəlif dərəcəli travması diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub.
Yaralılara zəruri ilkin tibbi xidmətlər göstərilib. Xəsarət alanların müalicəsi Təcili yardım şöbəsində davam etdirilir. Vəziyyətləri qənaətbəxş qiymətləndirilir.
18.05.2025-ci il tarixində saat 17:55 radələrində Lənkəran şəhərin Heydər Əliyev prospektində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində 5 nəfər (3-ü kişi, 2-i qadın cinsli olmaqla) bədənin müxtəlif dərəcəli travması diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub.
Yaralılara zəruri ilkin tibbi xidmətlər göstərilib. Xəsarət alanların müalicəsi Təcili yardım şöbəsində davam etdirilir. Vəziyyətləri qənaətbəxş qiymətləndirilir.
***
Lənkəranda ayrı-ayrı ünvanlarda yol nəqliyyat hadisələri baş verib.
Avtosfer.az-ın "Unikal"a istinadən verdiyi xəbərə görə, axşam saatlarında Lənkəran rayonunun ayrı-ayrı ünvanlarında yol-nəqliyyat hadisələri baş verib.
Qəzalardan biri rayonunun Gərmətük qəsəbəsi ərazisində, digəri isə şəhərin Heydər Əliyev prospektində Azriba deyilən ərazidə qeydə alınıb. "Toyota" RAV4, "Lada" Granada, "VAZ-2106", "Nissan" və "Mercedes" markalı sərnişin mikroavtobusunun iştirakı ilə baş verən qəzada 2-si azyaşlı olmaqla ümumilikdə 10 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunublar. Xəstəxanadan verilən məlumata görə 10 nəfərdən 5-i bir ailənin üzvləridir və onlar rayonunun Velədi kənd sakinləridir.
1. 2000-ci il təvəllüdlü Asim Cavid oğlu Nəcəfov
2. 2004-cü il təvəllüdlü Elnaz Əli qızı Nəcəfova
3. 2003-cü il təvəllüdlü Ağa Cavid oğlu Nəcəfov
4. 2016-cı il təvəllüdlü Z.Nəcəfova
5. 2024-cü il təvəllüdlü R.Nəcəfova
6. 1977-ci il təvəllüdlü Rahid Baladadaş oğlu Əskərov
7. Masallı rayon Həsənli kənd sakini 2004-cü il təvəllüdlü Zeynalabdin Nahid oğlu Əliyev
8. Masallı rayon Sığıncaq kənd sakini 2004-cü il təvəllüdlü Ramilə Ramil qızı Rüstəmova
9. Masallı rayon Sığıncaq kənd sakini 2005-ci il təvəllüdlü Mənsurə Eldəniz qızı Zahidova və
10. Masallı rayonunun Bədəlan kənd sakini 1994-cü il təvəllüdlü Murad Rövşən oğlu Əzizov.
Yaralıların ümumi vəziyyətləri orta-ağır qiymətləndirilir.
Faktlarla bağlı araşdırma aparılır.
.jpeg)
Kayseridə sərnişin avtobusu yanacaq daşıyan tankerlə toqquşdu: 38 yaralı
Hava limanı yolunda zəncirvari qəza - Üç maşın toqquşdu - VİDEO
Anasının gözləri qarşısında maşın vurub öldürdü - VİDEO
Bu gün yeni restoranının açılışı olacaqdı; qəzada ÖLDÜ - FOTO
Dəhşətli QƏZA: ÖLƏN VAR
Bakının mərkəzində AĞIR QƏZA: 32 yaşlı kişi ÖLDÜ
Yevlaxda maşın motosikletlə toqquşdu - Sürücü ÖLDÜ
Sabirabadda AĞIR QƏZA: ÖLƏN var - FOTO - YENİLƏNİB
“Nohur Göl”ün qarşısında qəza: “Ford” və “Mercedes” toqquşdu - VİDEO
Binədə qəza: İki “Toyota” toqquşdu - VİDEO
Bərdədə qəza: Ölən var










