Lerikdə mikroavtobus dərəyə aşıb, yaralılar var - FOTO

Lerikdə mikroavtobus dərəyə aşıb, yaralılar var. Avtosfer.az-ın məlumatına görə, hadisə rayon ərazisində qeydə alınıb. Belə ki, Lerik istiqamətində hərəkətdə olan "Mercedes Vito" markalı avtomobil idarəetmədən çıxıb və dərəyə aşıb. Avtomobildə olan sürücü və sərnişinlər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Məlumata görə, Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə 6 nəfər yaralı daxil olub. İlkin məlumata görə, onlar Bakıdan qayıdan rayon sakinləridir. Xəsrət alanların kimliyi dəqiqləşdirilir. Faktla bağlı araşdırma aparılır.
***
Lerik rayonunda baş verən qəzada xəsarət alan 7 nəfər Lənkəran rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub. Xəstəxanadan verilən xəbərə görə, xəsarət alanlar Lerik rayon sakinləri - 1985-ci il təvəllüdlü Hakim Mirzəyev, 2006-cı il təvəllüdlü Kənan Salmanov, 2000-ci il təvəllüdlü Mehman Babazadə, 1998-ci il təvəllüdlü Sərxan Ağazadə, 1998-ci il təvəllüdlü Səma Ağazadə, 1965-ci il təvəllüdlü Fərhad Səlimov və sürücü 1990-cı il təvəllüdlü Pərvaz Məmmədovdur. Onların hər birinə zəruri ilkin tibbi xidmətlər göstərilib və müalicələri xəstəxananın müvafiq şöbəsində davam etdirilir. Qeyd edək ki, yol nəqliyyat hadisəsi bu səhər Lənkəran-Lerik magistralının 53-cü km-də baş verib.


Qəbir ziyarətinə gedənlər qəzaya düşdülər - VİDEO - YENİLƏNİB
Şamaxıda yük maşını aşdı: 9 ton meyvə ətrafa dağıldı - VİDEO
Füzulidə baş verən qəzada ölən məktəblilər dəfn edildi - FOTO
Biləcəri yolunda qəza: Avtomobillərdən biri ağaclara çırpılıb - VİDEO
Füzulidə iki maşın toqquşdu - 3 ölü - FOTO - YENİLƏNİB
Ordubaddakı qəzada həlak olan qazinin FOTOsu
Dəhşətli qəzada həlak olanların kimliyi bilindi: ADLAR
Azərbaycanda deputat qəzaya düşdü: Ölən var
“Range Rover” və “Volkswagen Passat” toqquşdu - VİDEO
Rusiyada ağır qəza: Azərbaycan vətəndaşı həlak oldu - VİDEO
Bakıda piyada özünü maşına ÇIRPDI - VİDEO












